XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2020 - 21:07

RƏSUL QULİYEVDƏN HÖKUMƏTƏ ÇAĞIRIŞ:"14 gün çox sərt karantin rejimi, ondan sonra açılım olmalıdır"

Hazırda ABŞ-da siyasi mühacir həytı yaşayan Azərbaycan Parlamentinin keçmiş sədri Rəsul Quliyev hakimiyyəti karantin rejimini daha iki həftə uzatmağı və sərtləşdirməyi təklif edib.

Strateq.az xəbər verir ki, eks-spiker sosial şəbəkə hesabında yazıb: “Azərbaycanlılar koronavirus təhlükəsini axıra qədər başa düşmürlər. Karantin rejimlərinə əməl etməyənlərin sayı artdıqca, xəstəliyə yoluxanların da sayı artır. Bu isə ölkənin dünyadan izolyasiyasına gətirib çıxardır və iş yerlərinin açılmasına mane olur. Nəticədə, virusun yayılmasına şərait yaradırlar. Vətəndaşlara hökumətin pulla köməyi əbədi davam edə bilməz. İnsanlar işləməli və pul qazanmalıdırlar. Bunun üçün hökumət, xalqın naminə, ən azı 14 gün çox sərt karantin rejimi tətbiq etməlidir və sonradan ölkəni həm daxildə, həm də xaricə açmağa başlamalıdır”.