XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 21:30

QHT Şurasında seçki:Azay Quliyev qələbə qazandı

azay-depu

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Təhsil, elm və mədəniyyət” qrupu üzrə seçki keçirilib. 

Strateq.az xəbər verir ki, iclasa açıq səsvermə ilə  Məhərrəm Zülfüqarlı sədr, Venera Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Məhərrəm Zülfüqarlı iclasda qeydə alınmış 100 QHT nümayəndəsindən 98-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib. 

Şura üzvlüyünə namizədlər “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Etibar Əliyev, “İntellekt” Elmi-texniki İnkişafa Dəstək İctimai Birliyinin sədri Yasin Kərimov, Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri Azay Quliyev, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli  Nağıyev, “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov iclasda çıxış ediblər. Etibar Əliyev namizədliyini Azay Quliyevin xeyrinə geri götürdüyünü açıqlayıb.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Azay Quliyev (95 səs), Yaşar Zeynalov ( 15 səs) və Yasin Kərimov (10 səs) olub.

Qeyd edək ki, sabah  “Gənclər və vətənpərvərlik tərbiyəsi” qrupu üzrə seçkilər keçiriləcək.