XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 21:42

ADP bahalaşmadan, məmurları Rusiyanın təltif etməsindən narahatdır –Partiya iqtidara səsləndi

adp

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər barədə müzakirələr aparılıb.

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə qardaş Türkiyədə çoxsaylı insanın ölümü ilə nəticələnən qanlı terror hadisəsini qətiyyətlə pisləyib və terrrorun qurbanı olan insanların yaxınlarına, Türkiyə dövlətinə dərin hüznlə baş sağlığı ünvanlayıb. Terrorun bütün bəşəriyyət üçün təhlükə mənbəyi olduğuna diqqət çəkən partiya yetkililəri arxasında ayrı-ayrı  dövlətlərin durduğu terror olaylarının masştabından asılı olmayaraq, Türkiyənin bu  sınaqlardan da səbrlə çıxacağına, qarşısına qoyduğu əsas hədəfdən yayınmayacağına əminliyini ifadə edib və dünya ictimaiyyətini  Türkiyədə ardıcıl xarakter alan terror aktlarına qarşı birgə mübarizə aparmağa, regionun, eləcədə beynəlxalq təhlükəsizliyin təhdidinə çevrilən terrorun aradan qaldırılması üçün səylərini birləşdirməyə çağırıb.

İdarə Heyəti bütün ölkələrin diqqətlə izlədiyi ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirib və bu seçkilərin nəticələrinin dünyada demokratiyanın bərqərar olmasına, dünyaya örnək olan ABŞ demokratiyasının daha da möhkəmləndirəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin İH bu seçkilərdə respublikaçılar partiyasının təmsilçisi olan D.Trampın  öz platformasında  antimüsəlman, irqçi şüarlara yol verməsini qətiyyətlə pisləyib bu cür antiinsani çıxışların ABŞ-ın demokratiya, insan haqları barədə üzərinə götürdüyü beynəlxalq missiyaya uyğun olmadığını diqqətə çatdırıb.

İdarə Heyəti Ukrayna prezidenti Paroşenkonun Türkiyə səfərinin nəticələrinə münasibət bildirib və səfər zamanı  bu iki olkə arasında qarşılıqlı faydalı əməkdaşlığa, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edən razıllaşmalar əldə edilməsini yüksək dəyərləndirib. İdarə Heyəti həmçinin Rusiyanın MDB ölkələrini iqtisadi, siyasi təsir dairəsinə qatmaq istədiyi Avrasiya ittifaqı layihəsinə qarşı Türkiyənin iştirakı ilə GUAM-ın yenidən qurulması ideyasının gerçəkləşdirilməsinin vaxtı çatdığını bildirib.

İdarə Heyəti son vaxtlar Azərbaycan hakimiyyətinin yüksək rütbəli məmurlarının xarici kəşfiyyat orqanlarının əlində bir vasitəyə çevrilməsi barədə səslənən fikirlərdən və bu məlumatlara hakimiyyət rəsmilərinin adekvat reaksiya verməməsindən narahat olduğunu bildirib və prezident İ.Əliyevi ölkəmizin imicini, etibarlılığını kölgə altına salan bu məsələlərə rəsmən aydınlıq gətirməyə çağırıb.

İdarə heyəti son vaxtlar bir sıra dövlət məmurlarımızın Rusiyanın orden və medalları ilə təltif edilməsi faktının artıq ənənə halına keçməsi faktından ciddi narahat olduğunu, bu “mərhəmət” və “lütfün” arxasında Rusiyanın ölkəmizə qarşı məkrli planlarının durduğunu, təltif edilən şəxslərin bu və ya digər formada Rusiyanın maraqlarına xidmət etdiyini bildirib, bu cür davranışların Azərbaycanın suverenliyi, müstəqilliyi ilə bir araya sığımadığını bir daha diqqətə çatdırıb.

İdarə Heyəti ölkədə manatın devalvasiyaya uğraması nəticəsində total iqtisadi, sosial böhranın getdikcə daha kəskin xarakter almasına, minimum yaşayışa yetməyən əmək haqqı müqabilində qiymətlərin surətlə artması şəraitində vətəndaşların sosial fəlakətlə üz-üzə qalmasına baxmayaraq hakimiyyətin heç bir antiböhran siyasəti həyata keçirməməsindən ciddi narahat olduğunu bildirib, ölkənin daha acınacaqlı sosial iqtisadi durumdan qorumaq üçün iqtidarı təcili tədbirlər həyata keçirməyə çağırıb.