XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 June 2020 - 17:32

Azərbaycanda daha 3 siyasi partiya qeydiyyata alındı –SİYAHI

Azərbaycanda daha 3 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilmiş və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.