XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2020 - 19:41

Hikmət Hacıyev:"Ermənistan rəhbərliyi koronavirusla bağlı rəqəmləri gizlədir"

“Ermənistan rəhbərliyinin yürütdüyü yarıtmaz siyasət nəticəsində bu gün ölkə bərbad vəziyyətdədir. Onlar koronavirusla bağlı rəqəmləri öz vətəndaşlarından gizlədirlər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Yerevan yardımla bağlı xarici ölkələrə və beynəlxalq təşkilatlara yalvardığı halda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxırlar: “Bununla da Ermənistan özünün əsl mahiyyətini ortaya qoymuş oldu”.

Report