XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2020 - 19:30

PA rəsmisi:“Qarşıdakı 15 gündə COVID-19-la bağlı BMT BA-nın xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir”

“Qlobal xarakter daşıyan koronavirus pandemiyasına qarşı qlobal fəaliyyət formalaşdırılmalı idi”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, virusa ilk yoluxmanın qeydə alındığı 6 aydan artıq müddətdə qlobal səviyyədə həmrəylik tam formalaşdırılmayıb: “Ona görə də Prezident İlham Əliyev tərəfindən qlobal həmrəylik təşəbbüsü göstərilib. Ona görə də BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Problemlə mübarizədə qlobal həmrəylik olmalıdır”.

APA