XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 10:25

“Bu, talançılığın, korrupsiyanın təzahürüdür” – AMİP-dən sərt xəbərdarlıq

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın baş verib. Səhiyyə Nazirliyindən verilən məlumata görə yanğın zamanı 10 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu acı faciə ölkədə dərhal geniş rezonans doğurub.

Baş verən hadisə ilə bağlı Strateq.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, son iki ay ərzində baş verən bu dəhşətlı yanğınlar sıradan bir qəza, yaxud da fövqəladə hadisə sayıla bilməz: “Bu, talançılığın, korrupsiyanın, qanunsuzluğun və tamahkarlığın təzahürüdür. Bu xalqa xəyanət və düşmən münasibətdir. 10 apreldə Nobel prospektində baş verən yanğından nəticə çıxarmaq əvəzinə, acgöz və tamahkar məmurlar dövlət budcəsini talama yolundan əl çəkməyərək, yanğın təhlükəsi yaradan materiallarla binaların üzünü bəzəmək işinə davam etdilər. Bir binanın üzlənməsinə xərclənən vəsaitə yenisini inşa etmək olardı. İtirən kim oldu? Faciənin qurbanları kimlərdir? Yenə kasıb-kusub, sadə insanlar. Hər bir insanın həyatı hər şeydən üsün və qiymətlidir. Hakimiyyət isə ancaq onu varlandıran, harınlaşdıran, vara-dövlətə, külli miqdarda sərvətə sahibləndirən vətəndaşlarına od vurmaqda, atəşlərdə qalamaqdadır. Hələ görün, Azərbaycanda, xüsusən də Bakıda nə qədər belə təhlükəli, bir göz qırpımında yanıb kül olacaq binalar “bəzəyiblər”. Heç olmasa, həmin binaların üzlüklərini söksünlər, digərlərini üzləməsinlər. Sanki, insanlara onları tez bir zamanda atəşə vermək üçün hazır tonqal hazırlayıblar”.

Əli Orucov onu da bildirib ki, insanlar da bu faciələrdən acı dərsini götürməlidirlər:

“Dünyanın heç bir ölkəsinə, heç bir xalqı belə zülmə, belə əzaba, belə faciələrə təhəmmül etməz. Əks təqdirdə, evinin içində oturduğu yerdə kütəvi şəkildə ölkə əhalisini bu cür yandıracaqlar…”.

AMİP yetkilisi daha sonra yanğın zamanı həlak olanaların ailəsinə dərin hüzünlə baş sağlığı verib və xəsarət alanlara Allahdan şəfa diləyib.

Strateq.az