XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2020 - 21:24

İlqar Məmmədov yenidən PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşüb

Bu gün Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyevlə daha bir görüş keçirib. 

O, bu barədə “Facebook” hesabında məlumat verib.

Bildirib ki, görüşdə ictimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi aparıblar:

“Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik. Ayrıca, Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, REAL partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik”.