XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2020 - 16:05

“Yaşadıqlarım və yaşatdıqlarım elə bir dərəcəyə gəlib çatıb ki…” –İlkin Rüstəmzadə “NİDA”dan istefa verdi

Gənc fəal İlkin Rüstəmzadə “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətindən və təşkilat üzvlüyündən istefa verib.

Strateq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

Bildirib ki, “NİDA” Vətəndaş Hərəkətanın İdarə Heyətindən və üzvlüyündən istefa verir: “”Facebook” profilimi də dondururam. Artıq son aylarda yaşadıqlarım və yaşatdıqlarım elə bir dərəcəyə gəlib çatıb ki, özümü psixoloji olaraq tam düzəltməmiş kiməsə faydam olacağını düşünmürəm”.