XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 12:22

Rus qoşunlarının Suriyadan çıxarılması… –Putinlə Obama telefonda müzakirə ediblər

putin-obama

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə olunub.

Məlumata görə, Putin Obamanı Rusiya aviasiya qrupunun xeyli hissəsinin Suriyadan çıxarılmasına dair qəbul olunan qərar barədə məlumatlandırıb. Putin bu qərarın beynəlxalq terrorçuluqla mübarizədə Rusiya ordusunun qarşısında qoyulan vəzifələrin icra olunmasından sonra verildiyini vurğulayıb.

Tərəflər qeyd edib ki, BMT TŞ-nin 2268 saylı qətnaməsi ilə dəstəklənən Rusiya-ABŞ təşəbbüsü Suriyada münaqişənin miqyasının kəskin azaldılması ilə nəticələnib.

Atəşkəsin qorunması və terror qruplaşmaları ilə effektiv mübarizə üçün Rusiya və ABŞ nümayəndələrinin səylərinin razılaşdırılmasının vacib olduğu qeyd olunub (Virtualaz.org).

Xatırladaq ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.