XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 13:53

“Onun qapısından bir quş da uça bilməz” –Deputatdan Abutalıbova sərt ittiham

fezail-ib-1

 

"Milli Məclis təkcə qanunverici orqan deyil, həm də xalqın ümid qapısıdır".

Bunu Milli Məclisin bugünkü plenar iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı deputat Fəzail İbrahimli deyib.

O, hökumətin bəzi üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib:

"Hökumət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Çünki biz sonuncu şikayətçini, seçicini qəbul edib, dinləyib qurtarana kimi Milli Məclisdən getmirik. Ona görə də hörmətli hökumət üzvləri, qapılarınızı insanların ümid yeri, elçisi olan deputatların üzünə açın. Qapılar var ki, taybatay açılır. Qapılar da var ki, oradan bir quş da uça və ya içəri girə bilməz.

Kim baş nazir Artur Rasizadədən inciyə bilər? Təbii ki, heç kim. Çünki onun qapısı hər zaman deputatların üzünə açıqdır. O, məmur əxlaqı məktəbinin yaradıcısıdır. Kim deyə bilər ki, daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilmir? O, hər zaman millət vəkillərinə qarşı sayğılı davranışı ilə seçilir. Bu, heç də yarınma deyil, mənim kiməsə yarınmağa ehtiyacım yoxdur. Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başıcısının qapısı onun üzünə açıqdır? Bunu kim deyərsə, adı yəqin ki, "Ginnesin rekordlar kitabı"na düşə bilər".

Report