XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2020 - 15:51

Bundestaq üzvü:"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir"

“Azərbaycan Almaniya üçün mühüm ölkə, çox önəmli ticarət tərəfdaşıdır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) Xristian-Demokratlar Birliyi (XDB) partiyasından üzvü Tobias Zeç (Tobias Zech) bildirib.

O, Azərbaycan hökuməti və Milli Məclisin üzvləri ilə pandemiya dövründə də daim dialoqda olduqlarını bildirib: “Biz onlayn şəkildə müxtəlif məsələləri müzakirə edirik. Müzakirələrimizdə AŞPA-da olan əməkdaşlığımız, buradakı gündəm məsələlər daha çox diqqət mərkəzində olur”.

Bundestaq üzvü bildirib ki, hazırda dünyaya hakim olan pandemiya dövründə də Azərbaycanla gündəm ilə bağlı fikir mübadiləsi aparılır: “Biz Azərbaycanın COVID-19 ilə mübarizə tədbirlərini təqdir edirik. İnsan həyatına verilən alternativsiz dəyər təbii ki, təqdirə layiqdir”.

T.Zeç Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir. Dağlıq Qarabağ Azərbaycanın dünya tərəfindən tanınmış ərazisidir. Bu barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Yəni hazırkı status-kvo qəbuledilməzdir. Almaniya nə “Dağlıq Qarabağ hökuməti”ni, nə də orada keçirilən hər hansı bir “seçki”ni tanıyır. Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin ilhaqına son qoyulmalıdır. Biz bu münaqişənin həll olunmasında israr edirik”.