Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin yenidən sədri seçilən Mustafa Şentop arasında telefon danışığı olub.
Strateq.az xəbər verir ki, bu barədə Sahibə Qafarova “Facebook” hesabında yazıb:
“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.