XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2016 - 19:25

Əli Kərimlinin müşavirinə ağır cəza verildi –Məhkəmə qərarı

memmed-ibr-1

 

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin müşaviri Məmməd İbrahim barəsində 3 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Məlumatı Meydan TV-yə Məmməd İbrahimin vəkili Yalçın İmanov verib.

Vəkil məhkəmənin hökmünə qiymət vürməkdə çətinlik çəkdiyini dedi: "O qədər absurd bir hökmdür ki, münasibət bildirmək çətindir. Bu hökm Azərbaycan məhkəmələrinin hansı durumda olduğuna əyani vəsaitdir". 

Xatırladaq ki, AXCP funksioneri həbs olunanda ona qarşı Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsi irəli sürülmüşdü. Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sonradan ona qarşı CM-nin 221.2.2-ci maddəsi irəli sürüldü. Bu maddə 2 ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzasıni nəzərdə tutur.

Beləliklə, Məmməd İbrahim əvvəlcə sabiq AXCP funksioneri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevi döyməkdə ittiham olunurdusa, sonradan daha iki nəfər ortaya çıxıb. Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma Məmməd İbrahim onlara qarşı da zorakılıq edib, ictimai qaydanı pozub.