XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 12:14

İranlı deputat Ermənistanın təxribatını pislədi:"İşğalçı ölkənin bölgədə sabitliyi pozmasına icazə verilməməlidir"

“Ermənistanın təxribatı nəticəsində Tovuz bölgəsində şəhid olan hərbçilərə görə dost Azərbaycan dövlətinə və xalqına başsağlığı verirəm”.

Məlumata görə, bu, İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailinin yaydığı bəyanatda deyilib.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını pisləyən V. İsmaili qeyd edib ki, işğalçı ölkənin bölgədə sabitliyi pozmasına icazə verilməməlidir.

APA