XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 13:11

PA-nın şöbə müdiri Fazil Mustafa ilə görüşüb –Nələr müzakirə olunub?

Bu gün Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Prezident Adminstrasiyasında Parlament və siyasi partiyalarla əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə Fazil Mustafa sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

O bildirib ki, Ə. Vəliyevlə siyasi partiyalarla dialoq formatında təkbətək gürüşü keçirilib:

“Ə. Vəliyev görüşdə ölkə prezidentinin siyasi partiyaların inkişafı, siyasi münasibətlərin daha sağlam zəmində formalaşması istiqamətində tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə münasibətlərin açıq, şəffaf və demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə diqqət yetirdi.

Partiyamızın ölkənin ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını, sağlam tənqid və təkliflərimizin Azərbaycan hakimiyyəti tərəfindən diqqətə alındığını xüsusi olaraq qeyd etdi. Biz də qarşılıqlı olaraq ölkədə başlanan dialoq prosesində ən fəal rol alacağımızı bildirərək, son vaxtlar sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin dövlətçiliyimiz üçün vacib olduğunu vurğuladıq. Son vaxtlar yeni siyasi partiyaların qeydə alınmasının ölkədə siyasi plüralizmin inkişafına töfhə verəcəyini qeyd edərək bu cür hüquqi maneələrin ortadan qaldırılmasının qarşılıqlı etimadın güclənməsinə təkan verəcəyini ifadə etdik. Görüşdə Ermənistanın torpaqlarımızı işğalı və Dağlıq Qarabağ məsələsində BQP-nin mövqeyi ilə bağlı da müzakirələr apardıq. Ə.Vəliyev bu cür müzakirələrin bütün siyasi partiyalarla aparıldığını və qalıcı bir proses olacağını bir daha bildirdi. Görüş olduqca səmərəli keçdi və xeyli məsələlər ətrafında faydalı müzakirələr oldu”.