XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 20:27

Ukraynalı deputatlar Azərbaycana başsağlığı veriblər –Bəyanat

Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-dən Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Strateq.az-a verilən məlumata görə. deputat qrupunun həmsədrləri V.Kreydenko və V.Kolyuxun, eləcə də qrupun digər üzvlərinin imzaladıqları məktubda bildirilib ki, hadisələr zamanı Azərbaycanın həlak olmuş hərbçilərinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Ali Radanın deputatları qeyd ediblər ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qalırlar.

Ukraynalı deputatlar münaqişə tərəflərini soyuqqanlı və səbrli olmağa, vəziyyətin normallaşdırılması üçün maksimal səylər göstərməyə, beynəlxalq hüquq normalarına və atəşkəs rejiminə əməl etməyə çağırıblar.