XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 22:58

Böyük Quruluş Partiyasının onlayn Qurultayı keçiriləcək –Sabah

Sabah Böyük Quruluş Partiyasının VI Qurultayı keçiriləcək.

Bu barədə partiyanın başqanı Fazil Mustafa məlumat verib.

O bildirib ki, mövcud şəraitə görə, qurultay onlayn formatda baş tutacaq: “Partiyanın VI Qurultayının may ayında keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə alınmadı. Ədliyyə Nazirliyi ilə qurultayın onlayn formada keçirilməsini razılaşdırdıq. Qurultayda iştirak etmək üçün 129 nümayəndə seçilib. Onlayn formada keçiriləcəyi üçün qurultaya qonaqların dəvət edilməsi mümkün olmayıb. Belə bir vəziyyətdə partiyanın məramnamə və nizamnaməsində hər hansı dəyişiklik olmayacaq. Ancaq təşkilati məsələlərə baxılacaq: sədr seçkisi, Ali Məclisin tərkibinin təsdiq olunması və üzvlərin yenidən seçilməsi nəzərdə tutulur. Qurultay “ZOOM” proqramı vasitəsilə  bir mərkəzdən idarə olunacaq. Hər kəs istədiyi çıxışı edəcək və səsvermədə iştirak edəcək. Rayon təşkilatlarımızı da artıq texniki təchizatla təmin etmişik. Naxçıvana qədər hər yanda internet vasitəsilə rayon təşkilatlarının qurultay nümayəndələri qurultayda aktiv iştirak edəcəklər”.

F.Mustafa qeyd edib ki, qurultayın son hadisələr bağlı bəyanatı olacaq: “Eyni zamanda, Qarabağ məsələsi ilə bağlı qətnamə qəbul edəcəyik. İqtidar-müxalifət dialoqu ilə bağlı ayrıca qətnamə qəbul etməyi də düşünürük”.

APA