XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2020 - 18:12

Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir- Açıqlama

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəmizin ərazi bütövlüyünə dəstəyini ifadə edib.

“Report” Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən xəbər verir ki, səfirliyin şifahi notasına görə, Ermənistan tərəfindən törədilən son təxribata dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mövqeyi bütün müsəlman ölkələrinin mövqeyini əks etdirir.

“Səfirlik Səudiyyə Ərəbistanı tərəfindən münaqişənin BMT TŞ və İƏT-in verdikləri qətnamələrə, Azərbaycanın ərazi bütövlüyünə əsasən həll olunmasına verilən dəstəyi bir daha təsdiq edib”, – XİN rəsmisi qeyd edib.