Prezident İlham Əliyev daha bir səfiri geri çağıran sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.