XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2020 - 14:21

Tbilisidə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib –FOTO

Ermənistanın Gürcüstandakı səfirliyinin binasının qarşısında etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanda yaşayan gənc soydaşlarımız Tbilisidə Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.

Müxtəlif şüarlar səsləndirən gənclər Ermənistanın bu təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarının işğalına son verməsini tələb ediblər.

Gənclər bildiriblər ki, Ermənistanın apardığı işğalçı siyasət bölgə xalqlarının inkişafına mane olur, regionda sülh və stabilliyə daim kölgə salır.