XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2020 - 20:00

“Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməlidir”- Səfir

“Koronavirus pandemiyasının dünyada yayılması göstərdi ki, biz bütün sahələrdə, həmçinin iqtisadi sahədə  potensialımızı daha da genişləndirməliyik. Azərbaycan-Türkiyə qardaşlığı bizə güc verir. Biz bu gücümüzü birləşdirməliyik”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki müəssisələri dərhal pandemiya ilə mübarizədə lazım olan məhsulların istehsalına başladılar: “Bu, Türkiyənin idxalını azaltdı və ölkə üçün lazım olan məhsullarla təmin etdi. Biz bu sahələrə diqqət yetirməliyik. Türkiyə koronavirus pandemiyası ilə mübarizədə 130-dan çox dövlətə, Azərbaycan isə 30-dan çox dövlətə dəstək verdi. Bu isə iqtisadi cəhətdən gücümüzü göstərir”.

“Son günlər Ermənistanın Azərbaycanla sərhəddə təxribatı göstərdi ki, iki ölkə arasında ənənəvi iqtisadi sahələrlə yanaşı, müasir sahələrdə də əməkdaşlığımızı artırmalıyıq. Mən müdafiə sənayesi sahəsində olan əməkdaşlığımızı nəzərdə tuturam. İki ölkənin müdafiə sənayesi sahəsində çox sıx əməkdaşlığı var və biz bu əməkdaşlığı daha da genişləndirməliyik”, – X.İbrahim bildirib.