XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2020 - 18:46

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi:“"Bir millət, iki dövlət” anlayışı ilə çalışacağıq"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Strateq.az xəbər verir ki,  Türkiyə XİN başçısı “Twitter”dəki rəsmi hesabında belə yazıb:

“Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovu təbrik edirəm, ona vəzifəsində uğurlar arzulayıram. “Bir millət, iki dövlət” anlayışı ilə çalışmağa davam edəcəyik”.

Xatırladaq ki, Ceyhun Bayramov bu gün Təhsil naziri vəzifəsindən azad olunaraq, Xarici İşlər naziri təyin olunub.