XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 15:27

İranın Ali rəhbərinin nümayəndəsi:“Qarabağ Azərbaycanın ərazisidir”

İranın Ali rəhbəri ayətullah Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyid Məhəmmədəli Al Haşim Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu ərazisində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Seyid Məhəmmədəli Al Haşim bildirib ki, Ali rəhbərin buyurduğu kimi Qarabağ islam torpağıdır.

“Biz Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab edirik. Allahdan istəyirik ki, həm Fələstin, həm də Qarabağ torpaqları tezliklə azadlığa qovuşsun”, – deyə o vurğulayıb. (apa)