XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2016 - 18:03

İlham Əliyev Türkiyənin yanında olduğunu dünyaya nümayiş etdirdi

ilham turkiye

 Türkiyəli şərhçilər Azərbaycan prezidenti  İlham Əliyevin Türkiyəyə səfərini şərh ediblər.

Kültür Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi professor Mənsur Akgün apa.az-a deyib ki, Türkiyənin sıxıntılı günlərində Azərbaycan prezidenti çox önəmli addım ataraq, Ankaraya səfər edib:

Türkiyəli şərhçi: “Başqa ölkələr mesaj belə göndərmədiyi halda, Azərbaycan prezidentinin səfəri çox önəmlidir”

“Bununla, Türkiyənin yanında olduğunu dünyaya nümayiş etdirdi. Türkiyə çox çətin bir dönəmdən keçir, terror hadisələri səbəbindən prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri iki dəfə təxirə salınıb. Bu məqamda prezident İlham Əliyev qətiyyət nümayiş etdirdi. Onun bu addımını Türkiyə heç vaxt unutmayacaq”.

Beykent Universitetinin beynəlxalq tarix və ikitərəfli münasibətlər üzrə magistratura və doktorluq proqramları müəllimi, professor Məhmət Saray bildirib ki, prezident İlham Əliyev  bu səfərlə qardaşlığın təkcə xoş günlər üçün olmadığını göstərib: “Əsas məsələmiz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olmalıdır. Prezident İlham Əliyevin səfəri Türkiyə ictimaiyyətinin bu məsələyə diqqətinin daha da artmasına səbəb olacaq. Biz terror təşkilatının öhdəsindən gələcəyik”.

Işık Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Gamze Güngörmüş Konanın fikrincə, bu səfər Azərbaycan prezidenti Əliyev tərəfindən Türkiyəyə verilən açıq dəstəkdir:

“Başqa ölkələr mesaj belə göndərmədiyi halda, Azərbaycanın prezidentinin Ankaraya gəlməsi çox önəmli hadisədir. Onun Ankaraya səfəri işğal altında olan Azərbaycan torpaqlarını xarici qüvvələrin dəstəyi ilə işğal altında saxlayan ermənilərə də ciddi mesajdır”.