XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2020 - 12:16

Hikmət Hacıyev:"BMT-nin qətnamələrinin yerinə yetirilmə mexanizminə yenidən baxılmalıdır"

“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.

APA