“Erməni lobbisi ABŞ Konqresinə müraciət edib. Konqresdə bəziləri erməni lobbisi ilə əlbir şəkildə hərəkət edir”.
Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Konqresin etik komitəsi tərəfindən onların çirkin əməlləri araşdırılmalıdır: “Onlar tərəfindən təxribat əməlləri həyata keçirilib, ancaq qarşısı alınıb. Konqresdə Ermənistanın təxribatını başa düşən çoxsaylı insan var”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, onların bu cəhdləri uğursuzluqla nəticələnib: “Bu baxımdan Konqresdə Azərbaycanla strateji əməkdaşlığı başa düşən insanların rolunu qeyd etmək istəyərdim”.
APA