XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2020 - 21:37

ABŞ səfiri:“Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir"

Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir və dialoq yolu ilə həll olunmalıdır”.

Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan mətbuatının Ermənistana silah-sursatın Gürcüstan üzərindən çatdırılmasına dair məlumatlarına münasibət bildirən səfir Gürcüstan XİN-nin bu barədə bəyanat verdiyini xatırladıb: “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyinə gəlincə, biz Azərbaycan- Ermənistan sərhədindəki vəziyyətdən həqiqətən də narahatıq”.

K.Deqnan qeyd edib ki, münaqişənin həlli üzrə mexanizmlər mövcuddur və onlardan mümkün olduğu qədər istifadə etmək lazımdır: “Qarşıdurma nəticəsində artıq qurbanlar var və bu, çox faciəvidir. Vəziyyət belə davam etməməlidir”.

Report