XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 13:45

XİN rəhbəri İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb –XİN-dən açıqlama

Xarici İşlər Naziri Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hadi Süleymanpur ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Baş katib Hadi Süleymanpurun səmimi təbriklərini qəbul edən nazir Ceyhun Bayramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər İƏT çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə Baş katibi məlumatlandırıb. Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda hərbi işğalın davam etməsinin durduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir, Ermənistanın son hərbi təxribatı ilə bağlı Baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H.Süleymanpura təşəkkürünü ifadə edib.