XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2020 - 15:35

“Minsk qrupu çərçivəsində daha əvvəl işlənib hazırlanan hər şey danışıqlar masasında qalmalıdır”- Nazir müavini

“Rusiya o mövqedən çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində daha əvvəl işlənib hazırlanan hər şey danışıqlar masasında qalmalıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib.

Nazir müavini bildirib ki, hazırkı böhran, ilk növbədə Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini yaxınlaşdırmaq üçün titanik səyləri nəticəsində əldə olunan irəliləyişin geri çevrilməsinə səbəb olmamalıdır.

“Bu münaqişənin həlli, bütövlükdə bölgədəki vəziyyəti, o cümlədən bütün tərəfdaşlar arasında ikitərəfli münasibətləri yaxşılaşdıracaq. Hər kəsi, xüsusən də Minsk Qrupu ölkələrini bu cür mövqedən çıxış etməyə çağırırıq”, – deyə rusiyalı diplomat qeyd edib.