XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 15:25

Gürcüstanın hakim partiyası:"Temur Abazov proporsional seçki siyahısına daxil edilməyəcək"

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Marneulinin sabiq meri Temur Abazovun proporsional seçki siyahısına daxil edilməsi barədə yayılan məlumatı təkzib edib.  

Bu barədə partiya fraksiyasının rəhbəri Rati İonatamişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ gündəmə çıxarılmayıb: “Dəqiq deyə bilərəm ki, bu məsələ müzakirə olunmayıb və olunmayacaq”.

Qeyd edək ki, T.Abazov yerli mətbuata açıqlamasında partiyanın proporsional sistem üzrə deputatlığıa namizədlər siyahısında yer alacağını bildirib/Report.