XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2020 - 14:27

“Gürcüstan-Azərbaycan münasibətlərində heç bir narahatlıq ola bilməz” –Arçil Talakvadze

“Gürcüstanın strateji tərəfdaşları ilə yaxşı münasibətləri var və bu əlaqələr gələcəkdə də fasiləsiz davam edəcəkdir”.

Bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

Serbiyadan hərbi sursatın Gürcüstan üzərindən Ermənistana daşınması ilə bağlı yayılan məlumatları şərh edən spiker onları əsassız adlandırıb:

“Bu, konkret KİV-in heç bir əsasa söykənməyən versiyasıdır. Strateji tərəfdaşlarımızla yaxşı münasibətlərimizin gələcəkdə də rəvan davam etdirilməsi prioritet vəzifəmiz olacaq. Yayılan informasiyaların heç bir əsası yoxdur. Sizi əmin edirəm ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdə heç bir narahatlıq ola bilməz”. (report)