“Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməklə bağlı istənilən cəhd heç bir nəticə verməyəcək”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən XİN başçısı Azərbaycanla çox yaxşı əlaqələrin olduğunu deyib: “Biz strateji tərəfdaşlarıq. İki ölkə arasında münasibətləri korlamağa yönələn istənilən cəhd heç bir nəticə verməyəcək”. (report)