XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 12:36

Deputat Razi Nurullayev AXCP adına iddiadan əl çəkdi –Yeni partiya yaradıldı

Deputat Razi Nurullayevin sədr olduğu partiyanın onlayn qurultayı keçirilib.

Strateq.az xəbər verir ki, qurultayda deputatın tərəfdarları Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina ediblər.

Eyniu zamanda, Qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar qəbul olunub: “Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür”.