Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ABŞ-dakı tərəfdaşı olan Xəzər Siyasi Mərkəzi (Caspian Policy Center) iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da “Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı vebinar keçirəcək.
Mərkəzdən “Report”a verilən məlumata görə, vebinar zamanı Xəzər regionu ölkələrinin beyin mərkəzlərinin nümayəndələri və ABŞ ekspertləri regionun geostrateji vəziyyətini müzakirə edəcəklər.
BMTM-lə tərəfdaşlıq şəklində keçiriləcək vebinarda Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxış edəcəklər.
Tədbirin moderatoru ABŞ-ən ATƏT-in Minsk qrupundakı sabiq həmsədri, Xəzər Siyasi Mərkəzinin üzvü Riçard Hoqland olacaq.
Vebinar BMTM-in “facebook” səhifəsində canlı olaraq ingilis dilində və “Youtube” səhifəsində canlı olaraq Azərbaycan dilində yayımlanacaq.