XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 21:59

“Bu dəfə gözləmirdik ki, azadlığa buraxılacaq” –Nemət Pənahlının xanımı danışdı

nemet-1.jpg

“O qədər ümidli olduğumuz vaxtlar olub ki… Bu dəfə gözləmirdik ki, azadlığa buraxılacaq”.

Bu sözləri virtualaz.org saytına açıqlamasında bu gün İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib.

“Jurnalistlərdən eşitdim ki, əfv olunanlar siyahısına Nemət da düşüb. O dəqiqə evə zəng edib, xəbər elədim. O qədər həyəcanlıyam ki, heç bilmirəm nə danışım. Təbii ki, biz də, uşaqlar da çox sevinirik”, – deyə, Həcər Pənahlı vurğulayıb.

Qeyd edək ki, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinirdi.