XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2016 - 23:54

QHT Şurasında daha bir qrup seçkisi –3 qalib müəyyənləşdi (FOTO)

sura-secki

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupu üzrə seçki keçirilib. 

Şuradan verilən məlumata görə, iclasa açıq səsvermə ilə Hafiz Həsənov sədr, Ruhəngiz Hüseynova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Hafiz Həsənov iclasda qeydə alınmış 63 QHT nümayəndəsindən 58-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib. 

Şura üzvlüyünə namizədlər Cəmiyyətin və Vətəndaş Cəmiyyətinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli, “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev iclasda çıxış ediblər. 

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər – Əliməmməd Nuriyev (57 səs), Əhməd Abbasbəyli ( 12 səs) və Qadir Ibrahimli (11 səs) olub.