XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 13:00

Erməni güləşçilər “Bakı-2015”-dən imtina etdi

Ermənistan güləşçiləri Bakı-2015 Avropa Yay Oyunlarında iştirak etməyəcək.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu ölkənin yunan-roma güləşi üzrə milli yığmasının baş məşqçisi Levon Culafyan bildirib ki, Federasiya rəhbərliyi və İcra komitəsi düşünüb, iştirak etməyin məqsədəuyğun olmadığına qərar verib.

O, yaxın günlərdə qəbul etdikləri qərarla bağlı, Ermənistanın İdman Nazirliyi və Olimpiya Komitəsinə müraciət edəcəklərini qeyd edib.

“Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə isə bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.

“Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdir. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib.