Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Müstəqillik Günü münasibətilə Pakistanı təbrik edib.
Bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.
“Pakistan İslam Respublikasını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycanla Pakistan güclü dostluq və tərəfdaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. Bu sevincli gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, – deyə qeyd olunub.