XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2020 - 17:51

Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edilib- İlyas İsmayılov sərəncam imzalayıb

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

Bu  haqda bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən “Strateq.az” analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur/APA.