XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2020 - 11:05

Daha iki ölkə Belarusdakı seçkilərin nəticələrini tanımadı –Bəyanat

Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

Bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.

İrlandiyanın xarici işlər naziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri legitim deyil:

“Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.

Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticəsini saxta olduğunu və azad və ədalətli səsvermə keçirməyə çağırıb. O, ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib. Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib/Report.