XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2020 - 13:10

Tural Gəncəliyev Türkiyə səfiri ilə görüşüb:"Sizi Xankəndi və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Twitter” səhifəsində məlumat verilib.

O bildirib ki, bu gün ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı müvəqqəti iqamətgahda qarşılamaq şərəfinə nail olublar: “Sizi Xankəndində və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”.

İcma rəhbəri yazıb ki, görüşdə mövcud məsələlər, potensial əməkdaşlıq müzakirə olunub.