XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 13:34

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valter Azərbaycana gəlir.

Bu barədə AŞPA xəbər yayıb. Bildirilib ki, martın 12-13-də Bakıda keçirəcək görüşlərdən sonra R.Valter səfərin yekunları əsasında Dağlıq Qarabağ münaqişəsinə dair hesabat hazırlayacaq. Onun Azərbaycana səfəri zamanı ölkə prezidenti, Milli Məclisin sədri, xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

AŞPA məruzəçisinin qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşləri də planlaşdırılır.

Anspress.com