XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2020 - 17:41

Zaxarova:"Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional məsələləri müzakirə edəcək"

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, avqustun 26-da Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunacaq.

M. Zaxarova S. Lavrovun dəvəti ilə Moskvaya rəsmi səfər edəcək C. Bayramovun Nazirlər Kabinetində və Federal Məclisdə görüşlərinin planlaşdırıldığını vurğulayıb/APA.