XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2020 - 13:11

YAP SİYAVUŞ NOVRUZOVA TÖHMƏT VERDİ –Ramiz Mehdiyevin nəvəsinin toyuna görə

COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Strateq.az xəbər verir ki, bu barədə YAP-dan açıqlama yayılıb.

Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırıb.

Xatırladaq ki, S.Novruzov AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin bu günlərdə keçirilən toyunda iştirak edib. O, karantin rejimində keçirilən toyda iştirakı ilə bağlı  suala “çağırıblar, iştirak etmişəm” deyərək, dolayısı ilə özünə haqq qazandırıb.