XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2020 - 15:29

Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik edib- Türkiyədə yeni kəşf edilən təbii qaz yatağı ilə əlaqədar

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu ölkəsinin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov  həmkarı ilə söhbətində bu uğurun Türkiyə iqtisadiyyatının səmərəliliyinin artırılmasına böyük töhfə olacağına,  qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli təsir edəcəyinə, Türkiyənin regionda və beynəlxalq aləmdə qüdrətinin daha da artacağına əminliyini ifadə edib.