XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 20:54

Azərbaycanda daha bir partiya adını dəyişdi:"Sənədlərimizi yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim edəcəyik"

“Növbəti, 6-cı Qurultayımızı onlayn formatda keçirdik. Partiyamızın adını da dəyişdik”.

Strateq.az xəbər verir ki, bu sözləri DADP sədri Əlisahib Hüseynov deyib.

O bildirib ki, bu gündən etibarən Milli Həmrəylik Partiyası (MHP) olaraq fəaliyyət göstərəcəklər: “Əvvəlki adımız – “Demokratik Azərbaycan Dünyası Partiyası” (DADP) tarixə qovuşdu. Yeni adımız xeyirli-uğurlu olsun!

Sənədlərimizi isə yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Xatırladaq ki, bundan əvvəl Razi Nurullayev AXCP adından imtina edərək, yeni partiya yaratdığını elan edib.