XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 11:24

“Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa…” –Abid Şərifov güc qurumlarının rəhbərlərinə çağırış etdi

Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy mərasimi təşkil etməsindən danışıb. 

Strateq.az xəbər verir ki, Abid Şərifov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər kəs üçün eynidir, kiməsə əlavə üstünlük verilməyib:

“Mən hazırda xəstəyəm, xəstəxanadayam, baş verən hadisələrdən məlumatsızam. Ancaq dövləti qorumaq lazımdır. Bu dövlətin qanunları hər kəs üçün bərabərdir. Allah dövlətimizi qorusun, ölkəmizdə hər zaman sabitlik olsun”.   

Abid Şərifov qeyd edib ki, Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, o zaman müvafiq qurumlar hərəkətə keçməlidirlər:

“Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, qoy müvafiq qurumlar lazımi addımlar atsın. Bunun üçün Azərbaycan hökumətinin müvafiq qurumları və şəxsləri, o cümlədən Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı qanun çərçivəsində öz sözlərini deməlidirlər”.