Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə məsələyə aydınlıq gətirib.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir: “Akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb”.