XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2020 - 14:31

Ədalət Partiyasının sədr müavini Sülhəddin Əkbərlə görüşüb –Nələr müzakirə olunub?

“Ölkədə siyasi dialoq və barış mühitinin yaradılması, uzlaşma nöqtələrinin tapılması istiqamətində fəaliyyətimizi gücləndirməyi tapşıran Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun tövsiyəsi əsasında, bu gün partiyamız adından ilk görüşümü Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə keçirdim”.

Strateq.az Reyting.az-a istinadla xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib.

O bildirib ki, ilk görüşün Sülhəddin bəylə keçirilməsi təsadüfi seçim olmayıb:

“O, “Dövlət siyasətinin əsasları” adlı geniş bir tədqiqat, təhlil və təkliflərin yer aldığı kitabın müəllifi olmaqla yanaşı, həm də partiya sədrləri arasında ilk olaraq “Demokratiyaya “yumşaq keçid” strategiyası” adlı sənəd hazırlayaraq, onu müzakirə üçün həm hakimiyyətə, həm də müxalifətə təqdim edib.

Bugünkü görüşümüzdə də həm sənədin bizim üçün əhəmiyyətli olan detalları barədə müzakirə apardıq, həm də ölkədəki mövcud ictimai-siyasi durum ətrafında geniş fikir mübadiləsi etdik”.

Elxan Şükürlünün sözlərinə görə, Rusiya-Ermənistan ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqının qurulmasının zəruriliyi, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmininə baxışda hakimiyyətlə müxalifət arasında vahid prinsiplərdən çıxış edilməsinin vacibliyi haqda iki partiya arasındakı mövqelər tamamilə üst-üstə düşdüyündən, onun inkişaf etdirilməsi razılaşdırılıb: “Görüş və məsləhətləşmələrimizi ölkədə səmimi şəkildə milli-siyasi-dini həmrəyliyin olmasını istəyən digər partiya sədrləri, həmçinin bitərəf ziyalılar, din xadimləri, QHT və media rəhbərləri, nüfuzlu el ağsaqqalları ilə keçirməyi də planlaşdırırıq. İnşallah, hər görüşümüz və bu görüşlərdə uzlaşdığımız məqamlar barədə ictimaiyyəti məlumatlandırmağı nəzərdə tuturuq”.